Загрузка...

“Mən balacalıqda İlhamə Quliyeva üçün ölürdüm. Bacılarım bilir. Mənim qədər onlara qulaq asan adam yox idi”.

Publika.az xəbər verir ki, bu sözləri ARB TV-nin “Səhər-səhər” proqramına qonaq olan Xalq artisti Brilliant Dadaşova deyib.

Həmkarından söz açan sənətçi maraqlı açıqlamalar verib:

“Mən onu təriflədikcə, o, məni pisləyirdi. Ona görə də belə fikirləşirəm ki, heç kim heç kimi pisləməsin. Vallah 5 günlük dünyadır. O vaxtı verilişimdə İlhamə xanımı təriflədim. Proqram bitdikdən sonra, telekanalın sədrinin yanına gedib deyib ki, neynəyirsən e bu verilişi, bağla getsin”.