Загрузка...

Bərdədə baş vermiş yanğında ağır xəsarət alan qadın vəfat edib.

Lent.az xəbər verir ki, dünən səhər saatlarında rayonun Güloğlular kəndində rayon sakini Xəyyam Novruzovun evində yanğın baş verib. Yanğın söndürüldükdən sonra X.Novruzovun nəvəsi, 5 yaşlı Rüqayənin yanmış meyiti tapılıb. Azyaşlının anası Zümrüd Novruzova isə xəstəxanada ölüb ölüb.

Araşdırma aparılır.