Загрузка...

Yanvarın 13-də, Bakıda bir qrup dindar İran rəhbərliyinə dəstək aksiyası keçirib.

Virtualaz.org bildirir ki, bu barədə “Səhər” telekanalı məlumat yayıb.

Onlarla dindar ayətullah Xameneinin şəkilləri ilə İran hökumətini dəstəkləyən şüarlar səsləndiriblər.

Onların sözlərinə görə, ayətullah Xamenei təkcə İranın deyil, bütün dünya müsəlmanlarının lideridir.

Aksiya iştirakçıları həmçinin ABŞ-ın İrana qarşı siyasətini pisləyiblər.