Bu gün Bərdə rayonunda baş vermiş dəhşətli yanğında xəsarət alan qadının vəziyyəti kritikdir. Bərdə rayon Mərkəzi Xəstəxanasından Lent.az-a bildirilib ki, Güloğlular kəndindən ağır vəziyyətdə gətirilən 1991-ci il təvəllüdlü Novruzova Zümrüd Sirac qızının bədəninin əksər hissəsi yanıb. Həkimlər onun yaşamaq ehtimalının çox az olduğunu və Bakıya aparılmasının əbəs olduğunu deyiblər.
Qeyd edək ki, evdə baş verən yanğın nəticəsində Zümrüd Novruzovanın 6 yaşlı qızı Ruqiyyə vəfat edib.
*****
Bərdə rayonunda faciə baş verib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bərdə rayonunun Güloglular kəndində ümumi sahəsi 44 m2 olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 22 m2 sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 2012-ci il təvəllüdlü Novruzova Ruqiyyə Samir qızının yanmış cəsədi aşkar olunub. Yanğın zamanı 1 nəfər müxtəlif yanıq xəsarətləri ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti tərəfindən Bərdə Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
https://fastpic.co/images/8ba666bcc16bbf09e98d08e2594ed737.jpg
https://fastpic.co/images/5461c410003d017a8fd6b19773f7c70a.jpg
https://fastpic.co/images/c387d5a13b425a506b7c4af94c777ab1.jpg
https://fastpic.co/images/d061ba000295132a8c98079c716f8606.jpg