Azərbaycanlı iştirakçı Ozan Əhmədov “O səs Türkiyə” mahnı müsabiqəsində gözyaşı töküb. Musavat.com xəbər verir ki, müsabiqənin bu gün axşam efirə gedəcək buraxılışının anonsu yayımlanıb. Proqramın tanıtım-çarxı azərbaycanlı iştirakçının üzərində qurulub. O.Əhmədov “Duyanlara, duymayanlara” mahnısını səsləndirib və hər kəsi göz yaşına boğub. Münsiflərdən Hadisə ifaçının gözünün dolmasının səbəbini soruşub. Əhmədov 10 ildir ki, bir qızı sevdiyini, […]

Sumqayıt şəhərində 1 yaşlı uşaq qaynar sudan yanıb. “Report”un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 7-8-12-ci birləşmiş məhəlləsində baş verib. Sumqayıt şəhər sakini, 2016-cı il təvəllüdlü Harun Kənan oğlu Rzayevin üstünə ehtiyatsızlıqdan qaynar su dağılıb. Azyaşlı II dərəcəli yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Musavat.com Azərbaycanın sabiq spikeri, hazırda xəstəxanada müalicə alan İsa Qəmbərin müalicə həkimi ilə danışıb. Tanınmış kardioloq Firdovsi İbrahimov müxbirimizə deyib ki, İsa Qəmbərin müalicəsi ümumi halda yaxşı gedir, səhhətində böhran yoxdur, pasiyentin səhhətinə həkimlər tərəfindən davamlı nəzarət var. Doktor İbrahimov bildirib ki, onun müalicəsi davam edəcək. Musavat.com onu da bildirir ki, artıq İsa Qəmbəri dostlarının […]

Vergilər naziri Mikayıl Cabbarovun bir neçə gün öncə qeyri-müəyyən müddətə məzuniyyətə göndərdiyi nazir müavini Namiq Əliyev rəsmən vəzifədən kənarlaşdırılıb. Lent.az xəbər verir ki, Mia.az-a daxil olan məlumata görə, yeni nazir müavininin işdən çıxarılması ilə bağlı müvafiq sərəncam yanvarın 12-də verilib. Bununla da N.Əliyevin nazirliklə əlaqələri tamamilə kəsilib. Qeyd edək ki, N.Əliyev keçmiş vergilər naziri Fazil […]

Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov bir gündə bir milyard dollara yaxın varlanıb. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, buna səbəb “Lukoyl”un aksiyalarının bu şirkətin tarixi ərzində maksimum artması olub. Moskva birjalarında “Lukoil”in aksiyalarının dəyəri 7 faizədək artıb ki, bu da şirkətin prezidentinin varidatına daha bir milyard əlavə edib. Analitiklər “Lukoyl”un aksiyalarının dəyərinin bir qədər […]

Türk musiqisinin divası Ajda Pekkan Bakıda konsert verib. BAKU.WS-in məlumatına görə, Türkiyə musiqisinin əfsanəsi Bakıya “Nargis magazine” jurnalının 5 yaşı münasibəti ilə səfər edib. Türkiyə musiqisinin əfsanəsi ötən gün Heydər Əliyev adına Sarayda sevənləri üçün mahnılarını ifa edib. Ajda Pekkanın konsertinə çox sayda məşhurlar qatılıb. Böyük marağa səbəb olan konsertdə müğənni sevilən mahnıları ilə yanaşı […]

Lənkəran rayonunda qadın və onun qızı döyülüb. “Report”un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Liman şəhəri ərazisində baş verib. Orada yaşayan 1949-cu il təvəllüdlü Qarayeva Humay müxtəlif bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bir qədər sonra isə xəstəxanaya bədənində müxtəlif xəsarətlər olan 1972-ci il təvəllüdlü Miriyeva Samirə adlı qadın da gətirilib. S.Miriyevanın […]