Mənə “dünyanın ən gənc, ən idmançı nənəsi” deyirlər. Sözün açığı, xoşuma gəlir, gülürəm.
17 yaşlı Klaris Hilton ana olanda, ilk övladını dünyaya gətirəndə onun anası Kerri Hiltonun 35 yaşı vardı.
Milli.Az The Sun-a istinadən bildirir ki, İngiltərədəki qəzetlərdən birində satış üzrə menecer işləyən, peşəkar kiksboksçu olan Kerri Hilton dünyanın ən gənc nənəsi sayıldığını söyləyir. O, statusundan narahatlıq duymadığını vurğulayır.
İngiltərənin Bolton şəhərində yaşayan Kerrinin nəvəsi Cessika indi 6 aylıqdır.
Kerri Hiltonun böyük qızı Klarisin 18, kiçik qızı Ceysinin 5 yaşı var.
“Bəzən qızım paltarlarımı geyinir, çünki ölçülərimiz eynidir. Bəzən də bizi tanımayanlara Klarisin bacısı olduğunu deyirəm. İnanırlar”, – Kerri Hilton gülərək deyib.
O, həftədə 5 gün kikboksla məşğul oduğunu deyib.