Azərbaycanda son günlər intihar hadisələrinin sayı artıb. Təkcə 10 gün ərzində ölkədə səkkiz gənc intihar edib. Bəs insanlar niyə çıxış yolunu intiharda görürlər?

Respublika Psixi Sağlamlıq Mərkəzinin Təcili psixoloji yardım şöbəsinin müdiri, tanınmış psixoterapevt Kəmalə Talıbova bu mövzu ilə əlaqədar Oxu.Az-a müsahibə verib.

O, intiharların əsas səbəblərindən danışıb.

Psixoterapevt intiharın müəyyənləşdirilməsi yollarını açıqlayıb:

“İntihara hazırlaşan insan bəzi ifadələr işlədir. Bu ifadələr yaxınları tərəfindən siqnal kimi qiymətləndirilməlidir. O siqnal vaxtında qiymətləndirilib, yardım göstərilmirsə, bu, intihara gətirib-çıxara bilər”.

Mövzu ilə bağlı ətraflı videomüsahibəni təqdim edirik: