İsveçin brend geyim mağazası “H&M” irqçi hərəkətə yol verib.

Axar.az xəbər verir ki, mağazanın reklam üçün qaradərili uşaqlardan birinə geyindirdiyi paltarın üzərində “meşənin ən havalı meymunu” sözlərinin yazılması sosial şəbəkələrdə tənqid olunub.

Məşhur brend tənqidlərdən sonra insanlardan üzr istəyib:

“Foto bütün “H&M” saytlarından silinib. Hər kəsdən üzr istəyirik”.

Çoxları markanın qəsdən belə bir addım atdığını deyir.

 

Geyim mağazası üzr istədi - Foto

Geyim mağazası üzr istədi - Foto