İsveçrədə “EuroMillions” lotereyasının təşkilatçıları artıq üç həftədir ki, lotereyanın qalibini gözləyirlər.
Axar.az xəbər verir ki, lotereyanın qalibi dekabrın 19-da elan olunub. Qazanılan məbləğin miqdarı 157 milyon frankdır (təxminən 134 milyon avro).
Nümayəndə pul mükafatının arxasınca indiyə kimi kimsənin gəlmədiyini deyib. Adətən isə nəticə elan edildikdən bir həftə sonra pulu götürməyə gəlirlər.
Qeyd edək ki, bu pul mükafatı ölkə tarixində ən böyük cek-potdur.