Загрузка...

Madridin “Real” futbol klubunun baş məşqçisi Zinəddin Zidanı “France Football”-un versiyası ilə 2017-ci ilin ən yaxşı məşqçisi seçilib

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 45 yaşlı mütəxəssis ardıcıl ikinci dəfə nəşr tərəfindən ilin məşqçisi elan edilib.

2016-cı ilin əvvəlindən “Reala” başçılıq edən Zidan ilk mövsümdə Çempionlar Liqası, UEFA Superkuboku və dünya klub çempionatında kluba qalibiyyət gətirib.

2016/17-ci il mövsümündə madridlilər Çempionlar Liqası, İspaniya çempionatı və Superkuboku, UEFA Superkuboku və dünya klub çempionatının qalibi olublar.