“Medipol Başakşehir” klubunun prezidenti Göksel Gümüşdağ Arda Turan haqqında danışıb.
BAKU.WS-in məlumatına görə, klub rəhbəri İspaniyanın “Barselona” klubu ilə danışıqlar apardıqlarını və ilkin razılıq əldə olunduğunu bildirib.
Klub prezidenti transferin gedişatı ilə maraqlanmaq və Arda Turanla üz-üzə görüşmək üçün İspaniyaya yollanıb. Futbolçunun “Medipol Başakşehir”də oynamağa müsbət baxdığını ifadə edən Gümüşdağ Ardanın istəkli olduğunu bildirib.
Klub rəhbəri yaxın günlərdə transferin baş tutacağına ümid etdiyini söyləyib.