Загрузка...

“Beşiktaş”ın hücumçusu Cenk Tosun “Everton”a keçib.

Apasport.az saytının məlumatına görə, gözlənilən transfer artıq rəsmiləşib. Türkiyə millisinin forvardı üçün Liverpul təmsilçisi “qara qartallar”a 28 milyon avro ödəyəcək. Futbolçu ilə 4.5 illik müqavilə imzalanıb ki, Cenk “Everton”da illik 4 milyon avro qazanacaq.

Qeyd edək ki, bu transfer türk futbol tarixinin ən bahalı keçidi olub. Mövsümün əvvəlində “Başakşehir”dən “Roma”ya keçən Cengiz Ünder üçün 15 milyon avro ödənmişdi.