“Dünyanın ən çox qazanan futbolçusu” ünvanını əldə edən PSJ-li Neymar sevgilisi Bruna Markezlə birlikdə görüntülənib.
Publika.az xəbər verir ki, cütlük öpüşərkən kameralara tuş gəlib.
25 yaşlı futbolçu aktrisa sevgilisi ilə dostlarının təşkil etdiyi gəmi partisində doyunca əylənib.
Qeyd edək ki, Neymar gah küsülü, gah barışıq olduğu sevgilisi ilə sonuncu dəfə keçən ilin avqust ayında ayrılmışdı. Cütlük 5 ildən çoxdur ki, eşq macərası yaşayır.