Загрузка...

Belarusun Nazirlər Şurası Odessa şəhərindəki Baş Konsulluğun bağlanması haqqında fərman imzalayıb.

APA-nın “112 Ukrayna”ya istinadən verdiyi xəbərə görə, Baş Konsulluğun fevralın 23-dək bağlanması nəzərdə tutulub.

Ukrayna və Belarus arasında münasibətlər ötən ilin ikinci yarısında, Belarus ərazisində bir neçə Ukrayna vətəndaşı, o cümlədən “Ukrayna radio”sunun əməkdaşı Pavel Şaroykonun saxlanılmasından sonra gərginləşib. 2017-ci ilin noyabrında Belarus hökuməti P.Şaroykonun iştirakı ilə ölkədə casus şəbəkəsinin ifşa edildiyini bəyan edib.