ABŞ prezidenti Donald Trampın illərdir dəyişməyən saç düzümü gündəm olub.

Publika.az xəbər verir ki, qeyri-adi saç rənglərinə üstünlük versə də, illərdir eyni saç düzümündə olan ABŞ lideri bunu xüsusi səbəblərdən dolayı edirmiş.

Amerikalı jurnalist Maykl Vulf bu barədə özünün “Trampın Ağ evində – Alov və qəzəb” adlı kitabında qeyd edib.

Onun sözlərinə görə, Tramp əslində uzun illər güclü saç tökülməsindən əziyyət çəkib:

“Trampın saçının orta hissəsi tamamilə tökülmüşdü. Bunun qarşısını almaq məqsədilə o bir çox vasitələrdən istifadə edib. Hər kəs onun parik istifadə etdiyini düşünür. Lakin əslində, bu belə deyil. Saçını davamlı arxaya darayan Tramp hazırki saç formasını əldə edib”.

Xatırladaq ki, Amerikanın yerli mətbuatı Trampın saç düzümünü geniş şəkildə müzakirə etmişdir.