Загрузка...

Rusiyanın Kaluqa həbsxanasında cəza çəkən azərbaycanlı kriminal avtoritetlər Ruslan Nəzərli (Bərdəli Ruslan) və onun qardaşı Dadaş Nəzərlinin (Bərdəli Dadaş) yaxın vaxtlarda Azərbaycana ekstradisiyası edilməsini gözlənilir.

Azərbaycan dövləti onların ekstradisiyası üçün Rusiya Federasiyasına sorğu göndərilib. İki dövlət arasında razılaşma olub və yaxın günlərdə kriminal avtoritetlərin Azərbaycana ekstradisiya olunacağı gözlənilir.

Qeyd edək ki, Ruslan Nəzərli və Kaluqa şəhər məhkəməsinin qərarı ilə Rusiya Cinayət Məcəlləsinin 318-ci (dövlət məmuruna qarşı zorakılıq), 209-ci (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 163-cü yəni (quldurluq) maddəsinin bir neçə bəndi ilə təqsirli bilinərək 10,5 il azadlıqdan məhrum edilib. Dadaş Nəzərli həmin maddələrlə təqsirli bilinərək 11,5 il müddətinə azadlıqdan məhrum edilib.

Onu da qeyd edək ki, Ruslan Dadaş qardaşları azərbaycanlı kriminal aləm nümayəndələri tərəfindən qəbul edilən avtoritetlərdir. Onlar mərhum qanuni oğru Rövşən Lənkəranskiyə yaxınlığı ilə seçilib.

(lent.az)