"Arif Hacılı güruhundan heç bir gözləntim yoxdur" - Xalid Kazımlının cavabı

SSRİ-ni nə çökdürdü, yəqin ki, bilirsiniz. Çox səbəblər vardı, onlar toplandı, üst-üstə yığıldı və sonda bütün zamanların ən böyük imperiyasını süquta uğratdı.

Bəs bu səbəblərin bir yerə, həm də sürətlə toplanmasına nə səbəb oldu?

Aşağıdakılar:

Sürətlə silahlanma, qırmızı inqilab ixracına girişmə, özü kasıb ola-ola onlarla kasıb ölkəni himayə etmə, liberal və qüdrətli dövlətlər tərəfindən blokadaya alınma, dünya dövlətləri ilə rəqabətə tab gətirə bilməmə və s. və i.a.

Sovet dövlətini idarə edənlər çox qocalmışdılar və seçkiylə hakimiyyətə gələn, dövlətlərini demokratik qaydada, öncül və effektiv iqtisadi nəzəriyyələrlə idarə edən gənc həmkarlarıyla ayaqlaşa bilmirdilər. Bürokratiya zirvədəydi, azman ölkədə qıtlıq hökm sürürdü, hər sahədə durğunluq, tənəzzül vardı və qoca rəhbərlər gerigetmə prosesini durdurmağı nə bacarmırdılar, nə də bu niyyətdəydilər, eləcə “öz ideyaları”nı yaxın və uzaq ölkələrə yaymaqla məşğul idilər.

İran “gözü çıxan qardaş”ın aqibətindən örnək götürəcəkmi?

SSRİ-nin sosialist inqilabları və çevrilişləri həyata keçirdiyi ölkələrin sayı hər il artırdı: Kuba, Kamboca, Laos, Nikaraqua, Əfqanıstan, Vyetnam və s. Moskva hər ay bu ölkələrə milyardlarla dollar həcmində müxtəlif növlü yardımlar göstərirdi – ərzaqdan hərbi texnikaya, nağd pula qədər. Bundan başqa, Kremlin sırf öz təsir dairəsində saxlamaq üçün maya qoyduğu ölkələr də vardı – Bolqarıstan, ADR, Monqolustan, Şimali Koreya, Çexoslavakiya, Macarıstan, Polşa, Rumıniya və s.

SSRİ ərazisində ictimai narazılıq dalğası yarandığı zaman sovet karikaturistlərinin biri SSRİ-nin və himayəsində olanların durumunu satirik şəkildə belə təsvir etmişdi: Bir arıq inək və onu hər tərəfdən əmən çoxlu buzov. Karikaturist arıq inəyin belinə “SSRİ” yazmışdı, buzovların yerində isə adları yuxarıda çəkilən dövlətlərin adı qeyd olunmuşdu. Düz onluqdan vuran bir əsər idi, acı həqiqəti əks etdirirdi.

İran “gözü çıxan qardaş”ın aqibətindən örnək götürəcəkmi?

SSRİ məhz öz parazitlərini fasiləsiz şəkildə yedirdiyi üçün özünü toparlaya, islahatlar həyata keçirə bilmədi, zəiflədi, zəiflədi və bir gün “arıq inək” kimi götürüm düşdü.

Hazırda İranda baş verən hadisələrin əsas səbəblərindən biri kimi bu dövlətin “yaşıl inqilab” ixracına girişməsi, başqa dövlətlərdəki rejimləri ayaqda saxlamaq üçün milyardlar xərcləməsi və xalqın bu durumdan xoşnud olmaması, hətta əksinə, qəti şəkildə etiraz etməsi göstərilir.
Hələ ortada bir sürətlə silahlanma, nüvə silahı əldə etmə ambisiyası, avantürası da var.

Image result for nüvə başlığı

Nüvə silahı əldə edən ölkələr (Pakistan, Şimali Koreya, Hindistan) xoşbəxt olub, bir İran qalıb. Bu avantüra hər il milyardlarla dolları aparır, susuz quyuya su tökmək kimi bir şeydir. Nüvə başlıqlarına, ballistik raketlərə, təyyarədaşıyan esminetslərə, sualtı qayıqlara sərf edilən milyardlarla yeni bir ölkə qurmaq, şəhərlər salmaq, fabriklər, zavodlar, cürbəcür müəssisələr yaratmaq olar. Ancaq kasıb ölkələr bundansa “öz təhlükəsizliklərini qorumaq”, “öz ideyalarını yaymaq” eşqinə düşür, nəticədə dövlətin onurğa sütununu zədələyirlər.

İran “gözü çıxan qardaş”ın aqibətindən örnək götürəcəkmi?

Düzdür, İran o qədər də kasıb ölkə deyil, amma çoxdüşmənli ölkədir, ABŞ başda olmaqla dünyanın bir sıra qüdrətli dövlətləri tərəfindən sanksiyaya məruz qalmış, blokadaya alınmış ölkədir. Onun Suriyada, Yəməndə boy göstərməsi, başqa ölkələrin daxili işlərinə barmaq eləməsi dünyada pis qəbul olunur. Bu dövlət ətraf dünyayla baş etmək, geri qalmamaq üçün yarışa, rəqabətə qoşulur, nəticədə nəfəsi təntiyir.

ABŞ kimi dövlətlər bu avantüranı bir neçə dəfə sınaqdan çıxarıblar. Çökdürmək istədikləri dövləti elə yarışlara çəkirlər ki, orada yalnız özlərinin uduşu var.

İran “gözü çıxan qardaş”ın aqibətindən örnək götürəcəkmi?

İran hazırda bir qədər kiçik miqyasda olsa da, SSRİ-nin yolunu gedir. Rəsmi Tehranın öz sərhədlərindən uzaqlardakı müharibələrə, hərbi avantüralara qoşulması, milyardlar xərcləməsi işsizlik, kasıblıq girdabında çabalayan milyonlarla insanın səbr kasasını bir gün daşırmalıydı, daşırır.