Dünya məşqçilərinin reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, 2017-ci ilin son cədvəlində Azərbaycan Premyer Liqasında çalışan mütəxəssislər də yer alıb.

Onlardan ən yaxşı nəticə “Qarabağ”ın və Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanova məxsusdu. 45 yaşlı mütəxəssisin hesabında 1169 xal var. O, planetin 482-ci məşqçisidi.

“Qəbələ”nin ukraynalı baş məşqçisi Roman Qriqorçuk isə 949-cu pillədədi. Onun aktivində 255 xal var.

“Zirə”nin baş məşqçisi Ayxan Abbasovun da adı siyahıya düşüb. 217 xala malik gənc mütəxəssis dünyanın 999-cusudu.

Qeyd edək ki, reytinq siyahısına Zinəddin Zidan başçılıq edir. “Real”ın baş məşqçisinin hesabında 17696 xal var. “Qremio”nu çalışdıran Renato Qauşo 13274 xalla ikincidi. “Üçlüy”ü Madrid “Atletiko”suna rəhbərlik edən Dieqo Simeone qapayır. O, 12795 xala malikdi.