Загрузка...

“The Daily Telegraph” nəşrinin oxuyucuları ABŞ prezidenti Donald Trampın “Twitter”dəki səhvini “İlin sözü” seçərək, onu neologizm hesab ediblər.

“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Oxucuların 27 faizi Trampın “covfefe” sözünə səs verib. “Covfefe” sözü mayın 31-də Trampın “Twitter”də bitməmiş paylaşımında yaranıb. İstifadəçilər naməlum sözün mənasını tapmağa çalışıb.

Bir çoxları Trampın “coverage” (işıqlandırma -red) sözünü nəzərdə tutduğunu güman edir. Belə olduğu halda ifadə bitirilməmiş olsa belə, düzgün yazılmış olardı: “Mətbuatın daim mənfi işıqlandırmasına rəğmən ….”

Bir müddət sonra bu yazı ləğv edilib, lakin neologizm internet istifadəçilərinin yadında qalıb. D.Trampın özü istifadəçilərə sözüm mənasını tapmağı təklif edib.

İkinci yerdə Böyük Britaniyanın baş naziri Tereza Meyin ləqəbi “Maybot” qərarlaşıb (Bu, otən ilin sonunda “The Guardian” nəşrinin jurnalisti Cons Qreys tərəfindən icad edilib və baş nazir kompyuter proqramına bənzədilib – red). Üçüncü yerə isə “bitkoin” sözü yiyələnib.