AMEA Mərkəzi Elmi Kitabxanasının təlim iştirakçısı tərəfindən “Azərbaycan Vikipediya”sında həmyerlimiz Pərviz Əmiraslanov haqqında məqalə yaradılıb.

Publika.az-a AMEA Mərkəzi Elmi Kitabxanasından verilən məlumata görə, Pərviz Əmiraslanov “Volkswagen AG” şirkətində “Texniki Simulyasiya və Rəqəmsal Texnologiya” şöbəsinin müdiri vəzifəsində çalışır.

Onun rəhbərlik etdiyi şöbədə yeni avtomobillər üçün intellektual və innovativ texnologiyalar nəzəri cəhətdən araşdırılır və praktiki sınaqdan keçirilir. Son illərdə pilotsuz avtomillər üçün nəzərdə tutulmuş beynəlxalq həcmli proyektlər, o cümlədən “Süni İntellekt” metodunun həm nəzəri və həm də praktiki tətbiqi ilə ciddi məşğul olur.

Rəhbərlik etdiyi şöbədə Süni İntellekt Metodunun inkişafı ilə, DeepLearning, MachineLearning, FuzzyLogic və s. kimi sahələrdə Elmi – Metodiki Seminarlar həyata keçirilir.