Bakıda gənc qızın yol kənarında rəqsi xeyli marağa səbəb olub.

BAKU.WS-in məlumatına görə, sosial şəbəkədə yayılan videonu Elşən adlı zərb musiqi alətləri ifaçısı paylaşıb.

“Bakı Ağ Şəhər” yaxınlığında çəkilən görüntü qısa zamanda sosial şəbəkələrdə minlərlə insan tərəfindən izlənilib.

Videoya çox sayda insan müsbət şərhlər yazıb.

Qeyd edək ki, rəqs edən xanım Jalə Musayeva adlı rəqqasədir.