“Sauthempton” klubunun hollandiyalı müdafiəçisi Vircil Van Deyk karyerasını “Liverpul” klubunda davam etdirəcək.

APA-nın “transfermarkt.de” saytına istinadən verdiyi xəbərə görə, klublar oyunçunun yanvarın 1-dən açılan qış “transfer pəncərəsi” müddətində keçidinə dair razılığa gəliblər.

Məlumata əsasən, “Liverpul” 26 yaşlı Van Deykə görə 84,5 milyon avro ödəyib. Beləliklə, Van Deyk futbol tarixində ən bahalı müdafiəçi, eyni zamanda ən bahalı niderlandlı futbolçu olub.

Transferin rəsmi məbləği açıqlanmir. Lakin “Sauthempton” klubu təsdiqləyib ki, Van Deyk Kayl Uolker və Bencamen Mendinin rekordunu yeniləyib. Qeyd edək ki, “Mançester Siti” adıçəkilən müdafiəçilərin hər biri üçün 60 milyo