Загрузка...

Sərbəst güləş üzrə üçqat dünya çempionu Hacı Əliyev və cüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyev Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) təmiz idman səfirləri seçilib.

BAKU.WS-in “Report”a istinadən verdiyi məlumata görə, bu barədə AMADA-nın direktoru Şəfəq Hüseynli məlumat verib.

Onun sözlərinə görə, səfirlər qurumun təşkil edəcəyi tədbirlərə qatılaraq idmanın dopinqsiz olması istiqamətində təbliğat işlərində fəal iştirak edəcəklər.