Türkiyənin “Fənərbaxça” klubunun azarkeş qruplarından birinin lideri Məhməd Altunkaynak qətlə yetirilib.

Axar.az xəbər verir ki, o, kafedən çıxarkən naməlum şəxs tərəfindən güllələnib. Ağır yaralanan Altunkaynak dərhal xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Polis qatilin tapılması istiqamətində axtarışlara başlayıb.