Загрузка...

Rusiyanın Adıqeya Respublikasında zəncirvari yol qəzası baş verib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Maykop-Beloreçensk avtomagistralında 20-dək avtomobil toqquşub. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.

Nəqliyyat vasitələrinin kütləvi şəkildə toqquşmasına qatı duman və sürücülərin sürət həddini aşması səbəb olub.

Hazırda hadisə yerində Yol-Patrul Xidmətinin əməkdaşları işləyir.