Britaniyanın paytaxtı Londonda Kovent-Qarden Kral teatrının binası şübhəli əşya səbəbindən təxliyyə edilib.
“Report” xəbər verir ki, bu barədə polisin “Twitter”ində xəbər verilib.
Qeyd edilir ki, tapılmış əşyanın təhlükəli olmadığı müəyyənləşdirilib. Bundan sonra həyəcan siqnalı dayandırılıb.
Qeyd edək ki, bu, Londonda baş vermiş ikinci hadisədir. Daha əvvəl Bukingem sarayının yaxınlığındakı “Hayd Park korner” ərazisində şübhəli əşya tapılıb.