Загрузка...

Avropada ən çox satılan avtomobillərin reytinqi açıqlanıb.

Axar.az xəbər verir ki, reytinqi “JATO Dinamiks” şirkəti hazırlayıb. Şirkət keçən ilə nisbətdə Avropanın avtomobil bazarının 5,2% böyüdüyünü bildirib.

Yeni reytinqdə ilk yeri Almaniyanın “Volksvagen Qolf” avtomobili tutub. Belə ki, bu markadan 445.205 ədəd satılıb. “Volksvagen Qolf”un ən çox satıldığı ölkələr Avstriya, Belçika, Almaniya, Norveç və Lüksemburq olub.

İkinci yerdə Fransanın “Reno Clio” markası qərarlaşıb. Avropada bu fransız markasından 298.990 ədəd satılıb.

İlk üçlüyü isə “Volksvagen Polo” avtomobili tamamlayıb. Bu il adı çəkilən markadan 255.370 ədəd satılıb.

Ondan sonrakı yerdə “Ford Fiesta”, “Nissan Qaşqay”, “Pejo 208”, “Opel Korsa”, “Volksvagen Tiquan”, “Şkoda Oktavia” və “Opel Astra” qərarlaşıb.