Gələn ay ABŞ-ın “Scottsdale” hərracında Adolf Hitlerin “Mercedes-Benz 770” avtomobili satılacaq.

Trend-in məlumatına görə, avtomobil Hitlerin xüsusi sərəncamı ilə hazırlanıb və Berlində keçirilən hərbi parad daxil olmaqla müxtəlif rəsmi mərasimlərdə istifadə edilirmiş.

Sonradan avtomobil Amerikan hərbiçiləri tərəfindən ələ keçirilib və bir neçə dəfə sahiblərini dəyişib.

2004-cü ilədək avtomobil Las Vegaslı milyonçu və kazino sahibi Ralf Engelstada məxsus olub və daha sonra bir avropalıya satılıb.