Загрузка...

Milli.Az İngiltərə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Livanda magistral yolunun yaxınlığında cəsədi tapılan Böyük Britaniyanın Livandakı səfirliyinin diplomatı Rebekka Dykes-in (Rebekka Dayks) qatili məhkəməsində “Sən insansan?” sualına cavab verərkən deyib.

Onu boğaraq öldürən şəxs 35 yaşlı Tarek Hessodur. O, məşhur taksi şirkəti olan Uber-in sürücüsüdür.

Hesso taksi kimi istifadə etdiyi avtomobilinə minən Rebbekkanı boğaraq öldürdüyünü etiraf edib. O bildirib ki, Rebekka onun avtomobilində yuxuya gedib, onu zorlamaq istəyəndə qadın ayılıb və taksidən düşərək qaçıb. Daha sonra sürücü onu izləyib və yenidən avtomobilinə mindirib, boğub, öldürüb. Sürücü cəsədi yol kənarına ataraq qaçıb.

Əvvəllər İraq və Livanda işləyən Dayks 2017-ci ilin yanvarından Livanda İngiltərə hökümətinə aid Beynəlxalq İnkişaf Departamentində fəaliyyət göstərib.

Sürücü isə 6 aydan çoxdur ki Uber-də işləyib. Onun adı dəfələrlə polisin qara siyahısına düşüb.