Загрузка...

İngiltərənin Böyük Britaniyanın Livandakı səfirliyinin diplomatı Rebekka Dykes Livanda avtomobil yolunun yaxınlığında ölü tapılıb.

Medianews.az Milli.az-a istinadən xəbər verir ki, polis açıqlamasında şənbə axşamı paytaxt Beyrutun şimal hissəsindəki yol kənarında bir qadın cəsədinin tapıldığı haqda məlumat yayıb.

Açıqlamada ölüm səbəbinin və kimliyinin müəyyən edilməsi üçün cəsədin ekspertizaya aparıldığı deyilib. Ekspertiza sonrası cəsədin İngiltərənin Livandakı səfirliyində çalışan Dykesə aid olduğu üzə çıxıb.

Hadisə ilə bağlı istintaqın davam etdiyi deyilir.

Livan mediasında yer alan xəbərlərə görə, cəsədin yarılması sonrası Dykesə öldürülməmişdən öncə təcavüz edildiyi və ölümünə səbəb kimi boğulduğu göstərilib.

Əvvəllər İraq və Livanda çalışan Dykes 2017-ci ilin yanvarından Livanda İngiltərə hökumətinə aid Beynəlxalq İnkişaf Departamentində fəaliyyət göstərirdi.

Qeyd edək ki, hadisə dünən Böyük Britaniyanın Livanın paytaxtında baş verib. Beyrutdakı səfirliyində işləyən diplomatı Rebekka Dayks bazar günü ölü tapılıb. Qadının meyiti yol kənarında aşkar edilib.