Braziliya millisinin sabiq hücumçusu Ronaldinyo siyasətə qoşulmaq niyyətindədir.
Qol.az-ın “Football Italia”ya istinadən yaydığı xəbərə görə, veteran futbolçu 2018-ci ildə keçiriləcək Braziliya senatına namizədliyini irəli sürməyə hazırlaşır.
O, Mias-Jerays vilayətindən Sosial-Xristian Partiyasından senata seçilmək istəyir. Ronaldinyo namizədliyini hələ rəsmən açıqlamasa da, Braziliyanın növbəti prezident seçkilərində iştirak edəcək Sosial-Xristian partiyasının rəhbəri Jair Bolsonaronun komandasında sabiq futbolçunun da adı var.
Qeyd edək ki, Ronaldinyo 2003-2008-ci illər aralığında oynadığı “Barselona”nın səfiri kimi çalışır.