Amerikada Yutub kanalı vasitəsi ilə yayımladığı videolarda yeni oyuncaqları test edən 6 yaşlı Rayan bununla milyonlarla dollar qazanır.
Kult.az xəbər verir ki, bu barədə “Amerikaru” informasiya yayıb.
Forbes jurnalı ilin ən yüksək gəlir əldə edən yutuberlərinin siyahısını açıqlayıb. 16 milyon dollar gəlirlə ən uğurlu yutuber kimi Daniel Midlton seçilib. “Ryan ToysReview” kanalının sahibi 6 yaşlı Rayan isə 2017-ci ildə Yutub şəbəkəsindən 11 milyon dollar qazanıb.
Azyaşlı yutuberin 10 milyondan artıq izləyicisi var. Rayanın oyuncaqlarla oynadığı videolara 16 milyarddan çox baxış olub.