ABŞ prezidenti Donald Tramp növbəti il üçün Müdafiə Nazirliyinin büdcəsini təsdiqləyib.

Axar.az xəbər verir ki, Tramp Pentaqonun büdcəsini 692,1 milyard dollar miqdarında təsdiq edib.

Sözügedən məsələ ilə bağlı Ağ Evdə imzalanma mərasimi keçirilib. Mərasimdə ABŞ-ın vitse-prezidenti Mayk Pens, Müdafiə naziri Ceyms Mattis, Baş Qərargah rəisi Cozef Danford və digər rəsmi şəxslər iştirak ediblər.

Trampın bu təsdiqi ilə hərbi personalın maaşı 2,4 faiz, əsgərlərin sayında da 20 minə yaxın artım proqnozlaşdırılır.