Rusiya Prezidenti Vladimir Putin Suriyanın Lazkiyə şəhərindəki Hmeymim hərbi hava bazasına gözlənilməz səfər edib.

 

Axar.az xəbər verir ki, Rusiya liderinin bazaya ilk səfəri zamanı prezidentin təyyarəsini Su-30 hərbi təyyarələri müşayiət edib. Putin Su-30-ların uçuşunu izləyib. Putinin təyyarəsindən hərbi təyyarələri daha yaxşı izləmək üçün başını əydiyi görüntülərdə əks olunub.