Загрузка...

Yaxın iki il ərzində Dünya Bankı neft-qaz layihələrinin maliyyələşdirilməsini dayandıracaq. Virtualaz.org AP-yə istinadən xəbər verir ki, bunu “Bir planet” zirvə görüşündəki çıxışında DB-nin prezidenti Cim Yun Ki bildirib.

2019-cu ildən sonra Dünya Bankı neft və qazın kəşfiyyat və hasilat işlərinin maliyyələşdirilməsini dayandıracaq. Yalnız “xüsusi hallar”da çox kasıb ölkələr üçün enerji mənbələrinə çıxışı təmin etmək məqsədilə layihələrin Paris iqlim sazişinə uyğun gəldiyi vəziyyətlərdə maliyyələşdirilmə mümkün ola bilər.

Cim Yun Kim həmçinin istixana qazları tullantılarının azaldılması üzrə ölkələrə yardım təşəbbüslərindən söhbət açıb.