Bir müttəfiq olaraq Türkiyə ilə çalışmağa və S-400 raket sistemləri ilə bağlı narahatlığımızı bildirməyə davam edəcəyik.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibinin müavini Ues Mitçel deyib.

“Ən çox narahat olduğumuz məsələlərdən biri ABŞ diplomatik missiyalarına qəbul edilən yerli vətəndaşlara göstərilən münasibətdir. Bir müttəfiq olaraq Türkiyə ilə əməkdaşlığımızı davam etdirəcəyik. Həmçinin, S-400-lə də bağlı narahatlığımız qüvvədədir. Bu, türklərlə apardığımız danışıqların bir hissəsidir”, – ABŞ rəsmisi bildirib.