Bakıda ticarət mərkəzində mağazalardan birində xoşagəlməz mənzərə ortaya çıxıb.

BAKU.WS-in məlumatına görə, Mehin Hümbətova adlı xanım “Stradivarius” adlı mağazanın Azərbaycan dilinə hörmətsizlik etdiyini vurğulayıb:

“Bu gün “Gənclik Mall”da idim. Nə var, nə yox baxmaq üçün balaca bacımla gəzirdik. “Stradivarius”a da girdik. Geyim otağının qarşısına yaxınlaşıb bu tabloyla qarşılaşdım. Satıcılara narazılığımı da bildirdim. Kənarda bir orta yaşlı qadının da menecerlə bu barədə danışdığının şahidi oldum.

Bütün işçilər heç nə olmamış kimi çox sakit reaksiya verirdilər. Yalnız konsepsiya yeniləndiyi zaman o lövhəni dəyişəcəklərini bildirdilər. Onu ordan çıxarmaq bu qədərmi çətindir?! Dilimizi təhqir olunmuş formada gözümüzə soxursuz. Heçmi dilinizə, milli dəyərlərinizə hörmət etmirsiz?! Axı siz də bu millətin balalarısız?! Necə biganə qalırsız bu məsələyə?? Onsuzda SSRİ zamanında dilimizdən qopmaq bilməyən yarım-yamalaq rus sözlərindən qurtula bilmirik. Bir də üstünə savadsız şəkildə türkləşmiş sözlərlə lövhələr böyüdüb Mall-lardan asırsız. Nə yaxşı ki, turistlər başa düşmürlər. Birtəhər özümüzə dünyada nüfus qazanmaq istəyirik. Yazınızı oxusalar üzümüzə də tüpürməzlər heç!

Peyami Safa adlı türk yazarının da bu haqda bir deyimi vardır: “Bir milləti yox etmək istəsəniz hərbi islahatlara ehtiyac yoxdur. Ona tarixini unutduraraq, dilini pozaraq, dinindən soyudaraq, mənəvi və əxlaqi dəyərlərindən soyutmaq onu məhv ətmək üçün kafidir.”

Çox xahiş edirəm bu məsələni ictimailəşdirək ki, bir tədbir görsünlər”.