Загрузка...

Bakının mərkəzində avtomobil yolun ortasında alışıb.

BAKU.WS-in əldə etdiyi məlumata görə, qırımızı rəngdə maşın Yusif Səfərov küçəsində qəfil od tutub yanıb.

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. Hadisə nəticəsində tələfatın olub-olmadığı dəqiqləşdirilir.

Hadisə yerinə təcili yardım briqadası və yanğınsöndürənlər cəlb olunub. Maşın qısa zaman ərzində söndürülüb.

Hadisə yerindən görüntüləri təqdim edirik: