Загрузка...

Bu gün gördüyümüz işlərin, yediyimiz qidaların, gündəlik həyatda istifadə etdiyimiz bir sıra əşyaların-geyimlərin, aksesuarların, məişət avadanlıqlarının, texnologiya məhsullarının və hətta müharibələrin belə hər birinin maraqlı tarixçəsi var.

Publika.az bəzi məhsulların maraqlı yaranma tarixini təqdim edir:

1. “Sezar” salatı – Əksəriyyətimizin sevimli seçimi olan məşhur “Sezar” salatının maraqlı tarixi var. Belə ki, 1924-ci il iyul ayının 4-ü Meksikada yerləşən restoranların birində güclü kef məclisləri keçirilirdi. Alkoqoldan yoxsulluq çəkməsələr də, qida ehtiyatı ilə bağlı ciddi problemlər yaşanırdı. Demək olar ki, qida ehtiyatı bitmişdi. Belə bir məqamda restoranın sahibi Sezar Kardinin ağlına maraqlı bir ideya gəlir. Əldə qalan məhsullarla elə bir qarışım hazırlamalı idi ki, onun dadını hələ heç kim bilməsin.

Restoranın mətbəxində kahı, buğda çörəyi, pendir, pomidor, zeytun yağı, sarımsaq, limon şirəsi və yumurta tapan Sezar aşpazlıq edərək dünyada ilk dəfə “Sezar” salatını hazırlayıb. Resept illər sonra müəyyən dəyişikliklərə uğrayaraq, günümüzə qədər gəlib çatıb. Restoranlarda təklif olunan həmin “Sezar” salatıdır ki, içərisinə hisə verilmiş toyuq və balıq əti də əlavə olunur.

Təsadüfi səhvlərin tarixə təsiri - MARAQLI FAKTLAR - FOTOLAR

2. Çaxır və bənzəri içkilərlə dolu butulkalara taxılan tıxacın funksiyası içkinin qıcqırmasının qarşısını almaqdır. XVII əsrin ortalarında venedikli kahin Piyer Perinon kilsədə istehsal olunan çaxırların qıcqıraraq köpükləməsinin qarşısını almağın yollarını araşdırıb. İstehsal olunan şərablar iri çəlləklərə doldurulurdu və müəyyən müddətdən sonra keyfiyyətini itirirdi. Çaxırlarla dolu çəlləklərin yarıdan çoxunun faydasız hala düşdüyünü görən kahin çox fikirləşir və nəhayət maraqlı üsul tapır. O, istehsal olunan çaxırları iri çəlləklərə yox kiçik şüşə butulkalara dolduraraq ağızlarına taxta tıxaclar qoyur. Tıxaclar hava girişinin qarşısın alaraq içkilərin daha uzun müddət saxlanılmasına kömək edir.

Təsadüfi səhvlərin tarixə təsiri - MARAQLI FAKTLAR - FOTOLAR

3. Cips – Təəccüblü olsa da, fast fud restoranlarında yediyimiz kartof cipslərinin yaranması prinsp məsələsinə dayanır. 1853-cü il avqust ayının 24-də Amerikada yerləşən “Moons Lake House” restoranının aşpazı Corc Kram daimi müştərilərindən biri üçün kartof cipsləri hazırlayır. Müştəri kartof cipslərinin iri formada doğranmasından məyus olaraq bu barədə Krama şikayət edir. Bu iradı qəbul edə bilməyən aşpaz qəzəblənir və kartofları kağız nazikliyində doğrayaraq qaynar yağda qızardır. Müştərilər incə-incə doğranmış kartof cipslərini bəyənirlər. Bundan sonra restoranın menyusuna ” Saratoq Cipsi” adı altında daha bir növ əlavə olundu.

Baxmayaraq ki, bu cür yemək resepti kulinariya kitabına artıq 1817-ildə əlavə olunmuşdu, Corc Kramən kartof cipslərinin populyarlaşmasında əvəzsiz xidmətləri də danılmazdır.

Təsadüfi səhvlərin tarixə təsiri - MARAQLI FAKTLAR - FOTOLAR

4. 1914-cü ildə Şahzadə Frans Ferdinandın qətli Birinci Dünya müharibəsinin başlanması üçün bəhanə oldu. Çox az adam bilirdi ki, şəhzadəyə sui-qəsd planlaşdırılır. Əksər cəhdlər boşa çıxsa da, təsadüfən bu dəfə şəhzadəni öldürmək planı baş tutur. İyulun 28-də Sarayevoya gələn şəhzadə şəhər yolunda sui-qəsdçilərdən birinin atdığı qumbaranın partlaması ilə yolunu dəyişib. Daha sonra partlayışda zərərçəkmişləri ziyarət etmək üçün gedən Ferdinanda marşrutun dəyişdirilməsi barədə məlumat verilmir. Marşurutun Frans İosif küçəsinə döndüyü yerdə kafenin yanında Birinci Dünya Müharibəsinin ilk atəşləri açılmışdı.

Təsadüfi səhvlərin tarixə təsiri - MARAQLI FAKTLAR - FOTOLAR

5. 1945-ci ildə Persi Spenser Lebaron Amerikanın Raytheron şirkəti üçün radarlar üzərində 20 il çalışıb. Bir gün yüksək tezlikli dalğalar yayan qurğuların yanından keçəndə cibindəki şokoladın (digər ehtimala görə pendirli buterbrodun) əridiyini görüb. Yaxınlıqdakı mağazadan quru qarğıdalı alaraq qurğunun köməyilə popkorn hazırlayıb. İlk mikrodalğalı sobanın patenti 1945-ci il oktyabr ayının 8-də Radaranqe adı altında alınıb. 2 ildən sonra isə satışa daha təkminləşmiş sobalar buraxılıb. Eni 180 sm, çəkisi isə 340 kq olan sobaların qiyməti 5000 dollar olub.

Təsadüfi səhvlərin tarixə təsiri - MARAQLI FAKTLAR - FOTOLAR