Şirvanda dəhşətli faciə baş verib.

Medianews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, şəhərdə ümumi sahəsi 54 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğının kəşfiyyatı zamanı 1957-ci il təvəllüdlü Abdullayev İlham Paşa oğlunun yanmış cəsədi aşkarlanıb. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.