Загрузка...


Bir qədər əvvəl Mixail Saakaşvili Kiyev şəhər Peçorsk rayon məhkəməsinə aparılıb.

Lent.az-ın Ukrayna KİV-ə istinadən məlumatına görə, bir azdan məhkəmə onun haqda qərara çıxarmalıdır.

O, cinayətkar dəstə yaratmaqda və hakimiyyəti zorla ələ keçirməkdə ittiham olunur.

İttiham aktında o da deyilir ki, Saakaşvilinin Kiyevdə keçirdiyi aksiyaları eks-prezident Viktor Yanukoviç və ona yaxan olan iş adamı Kurçenko tərəfindən maliyyələşdirilib.