Türkiyənin Şanlıurfa bölgəsində ailə münaqişəsi cinayətlə sonuclanıb.
Publika.az xəbər verir ki, 34 yaşlı qadın 19 illik həyat yoldaşı tərəfindən bıçaqlanıb. Bir neçə zərbədən sonra özünü ölülüyə vuran qadın sağ qalıb. Həyat yoldaşını bıçaqladıqdan sonra onun öldüyünü düşünən kişi əlini-üzünü yuyaraq evdən çıxıb və bir daha geri qayıtmayıb. Ərinin getdiyinə əmin olan qadın sürünə-sürünə gedərək qonşunun qapısını döyüb. Qapını açan qonşu gördüklərindən dəhşətə gəlib. Dərhal təcili yardıma və polisə məlumat verilib.
Xəstəxanaya çatdırılan yaralı reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, bıçaqlanan qadın 4 uşaq anasıdır. Onların nə üstündə mübahisə etdiyi məlum deyil.