Sabah futbol üzrə Azərbaycanın U-21 yığma komandasına yeni baş məşqçi təyin olunacaq. BAKU.WS sport24.az-a istinadən xəbər verir ki, söhbət “Qarabağ”ın kapitanı və bu klubun U-19 komandasının baş məşqçisi Rəşad Sadıqovdan gedir. O, gənclərdən ibarət millimizin baş məşqçi postuna təyin ediləcək. Rəsmi təyinat sabah AFFA tərəfindən təsdiqini tapacaq. Qeyd edək ki, daha öncə bu posta Mahmud […]

Bir qədər əvvəl Mixail Saakaşvili Kiyev şəhər Peçorsk rayon məhkəməsinə aparılıb. Lent.az-ın Ukrayna KİV-ə istinadən məlumatına görə, bir azdan məhkəmə onun haqda qərara çıxarmalıdır. O, cinayətkar dəstə yaratmaqda və hakimiyyəti zorla ələ keçirməkdə ittiham olunur. İttiham aktında o da deyilir ki, Saakaşvilinin Kiyevdə keçirdiyi aksiyaları eks-prezident Viktor Yanukoviç və ona yaxan olan iş adamı Kurçenko […]

Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədi ilə Parlament prospekti Fəxri Xiyaban istiqamətində bütün küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai Əlaqələr Bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. O deyib ki, ziyarətə gələnlərin təhlükəsizliyinin təmin edilməsi, təhlükəsiz […]

Adam oğurluğu, çoxsaylı qətllər və digər ağır cinayətlər törədən mütəşəkkil cinayətkar dəstənin başçısı kimi ömürlük azadlıqdan məhrum edilmiş, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov dəfn edilsə də, ailə üzvləri qəbir yerinin gizlin saxlanılmasına qərar verib. Medianews.az xəbər verir ki, modern.az qəbir yerinin hansı səbəbdən gizlin saxlanmasına aydınlıq gətirməsi […]

Qoç – inad, məqsədyönlülük və güclü iradə sayəsində ən mürəkkəb məsələlərin öhdəsindən gələ biləcəksiniz. İşgüzar danışıqlar, maliyyə məsələlərinin müzakirəsi və həlli üçün münasib gündür. Axşam vacib bir məlumat alacaqsınız. Yaxınlarınızla aranızda fikir ayrılığı yarana bilər. Ailədə liderlik üstündə mübahisə istisna deyil. Xoşbəxtlikdən, münaqişənin yaranmasına imkan vermir, nəzakətli olmağa çalışırsınız. Günün ikinci yarısı ziyafyətə qatılmaq olar. […]

Azərbaycanın əməkdar artisti Röya Türkiyədə “Altın Kelebek” mükafatına layiq görülüb. BAKU.WS-in məlumatına görə, Türkiyədə 32 nominasiya üzrə verilən “Altın Kelebek” mükafatlarının təqdimetmə mərasimi keçirilib. Mükafat alanlar arasında Azərbaycanın əməkdar artisti Röya Ayxan da var. O, “Azərbaycanın ən parlaq ulduzu” nominasiyası üzrə qalib olub. “Röya sevərlər, müsiqiyyə hörməti olanlar, hərkəsi təbrik edirəm. Məni bəyənməyənlər üçün dərs […]

Tbilisidə səfərdə olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinə baş çəkib. BAKU.WS-in məlumatına görə, muzeydə nümayiş olunan eksponatlar barədə Mədəniyyət Muzeyinin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət işçisi Leyla Əliyeva ətraflı məlumat verib. Muzeyin açılış mərasimində Gürcüstan və Azərbaycanın dövlət və hökumət nümayəndələri iştirak edib. L.Əliyeva Tiflisin meri Kaxa Kaladze […]

Şirvanda dəhşətli faciə baş verib. Medianews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, şəhərdə ümumi sahəsi 54 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğının kəşfiyyatı zamanı 1957-ci il təvəllüdlü Abdullayev İlham Paşa oğlunun yanmış cəsədi aşkarlanıb. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov sərbəst buraxılıb. Bu barədə Lent.az-a O.Nadirovun özü məlumat verib. O bildirib ki, saxlanılması öz məsuliyyətsizliyinə görə olub: “Bu barədə çox danışmayacağam. Məlumat üçün onu bildirirəm ki, mən azadlıqdayam”. Qeyd edək ki, Orxan Nadirovun həbs xəbərini ilk olaraq Lent.az yazmışdı. O. Nadirov Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsi […]

ABŞ-ın Qüdsü İsrail paytaxtı kimi tanımasından sonra qeyri-ixtiyari günün birində Qarabağ ətrafında da dünya güclərinin ədalətsiz qərar verə biləcəkləri ehtimalı barədə düşünməli oluruq. Düzdür, Qarabağ məsələsi ilə Fələstin problemi arasında bərabərlik işarəsi qoymaq olmaz, bunlar fərqli məsələlərdir. Amma axı, biz ədalətsiz zamanda yaşayırıq. Həm də əbəs yerə deməyiblər ki, “şər deməsən, xeyir gəlməz”. Keçən həftə […]

Yıxılanlar var, demək, “balta”ların ağzını ovxarlamağın vaxtıdır. Bunsuz olmaz, milli xüsusiyyətlərimizin biri zədələnmiş olar və təbiət bunu bizə bağışlamaz. Əslində sabiq vergilər naziri Fazil Məmmədov hələ vəzifə başında olan vaxtlarda hərdən-hərdən ona qarşı “balta” işlədənlər olurdu. Amma təbii ki, bu, Ziya müəllimin “baltalanması” qədər ola bilməzdi. Sabiq nəqliyyat naziri bu xüsusda rekordsmen idi. Adama qarşı […]

“Şükür çiynimdə başıma, Başımda papağa şükür” (Ramiz Rövşən) Bir biədəb anekdot vardır, son illər tez-tez yadımıza düşür. Deyir padşahın qəzəbinə tuş gəlmiş iki adamı asmağa aparırlar, yol boyunca bunlardan ağsaqqal olanı dayanmadan Tanrıya şükürlər edir, cavanı isə əsəbləşir, söyləyir ki, rəhmətliyin oğlu, nə şükür edirsən, artıq öləcəyik. Ağsaqqal deyir, bala, bundan da pis ola bilərdi, […]

“The Telegraph” yazır ki, elm 10 il müddətində qocalığın qarşısını almaq iqtidarında olacaq. Alimlər bunu artıq heyvanlar üzərində təcrübə ilə təsdiqləyiblər. ABŞ-ın California ştatındakı Salk İnstitutunun alimləri yaşlı hüceyrləri onların rüşeym formasına qaytaran metod hazırlayıblar. Siçanlar üzərində aparılan təcrübə göstərib ki, qocalmanı nəinki dayandırmaq, hətta geriyə döndərmək də mümkündür. Təcrübə zamanı siçanlar cavan qalmaqla yanaşı […]

Anatoli Banişevski: “Yenidən seçim qarşısında qalsaydım, tərəddüd etmədən futbolu, sonsuz minnətdar olduğum Bakını və futbolda həyatım boyu sadiq qaldığım “Neftçi”ni seçərdim”. Publika.az Futbolinfo.az-a istinadən xəbər verir ki, bu gün “Neftçi”nin əfsanəvi futbolçusunun ölümündən 20 il ötür. Anatoli Banişevski 1964-1978-ci illərdə “Neftçi”nin heyətində çıxış edib. 1966-cı ilin bürünc mükafatçısı karyerasının sonunadək sadiq qaldığı komandada 318 oyun […]

Türkiyənin Şanlıurfa bölgəsində ailə münaqişəsi cinayətlə sonuclanıb. Publika.az xəbər verir ki, 34 yaşlı qadın 19 illik həyat yoldaşı tərəfindən bıçaqlanıb. Bir neçə zərbədən sonra özünü ölülüyə vuran qadın sağ qalıb. Həyat yoldaşını bıçaqladıqdan sonra onun öldüyünü düşünən kişi əlini-üzünü yuyaraq evdən çıxıb və bir daha geri qayıtmayıb. Ərinin getdiyinə əmin olan qadın sürünə-sürünə gedərək qonşunun […]

Çinin Nankin şəhərində 1937-ci ildə yapon ordusunun törətdiyi qırğınlardan sağ çıxan ən yaşlı şahid Quan Quancin bu gün səhər dünyasını dəyişib. Axar.az xəbər verir ki, Nankin hadisələrinin 80-ci ildönümünə 3 gün qalmış vəfat edən şəxsin 100 yaşı varıymış. Onun iri daşın altında gizlənərək qırğınlardan sağ çıxdığı, qanlı hadisələrin şahidi olduğu bildirilir. Bununla da, 1937-1945-ci illər […]