Rusiya Prezidenti Vladimir Putin dövlət əmlakını mənimsəməkdə ittiham olunan Daxili İşlər Nazirliyinin general-leytenantı Pyotr Qrişini vəzifədən kənarlaşdırıb.

Axar.az xəbər verir ki, bu barədə normativ hüquqi aktlar barədə rəsmi saytda informasiya yayılıb.

Qeyd edək ki, general Qrişinlə birlikdə müavini Oleq Mazur və sahibkar Sergey Narutov da analoji cinayətdə ittiham olunub. İstintaqın məlumatına görə, Qrişin və Mazur sahibkar Sergey Narutovun nəzarətində olan şirkətlərlə şişirdilmiş qiymətlərlə (ümumilikdə 80 mln. rubladək) dövlət müqavilələri bağlayıb.