Загрузка...

Dünən Zaur Kamalın verilişi gərgin anları ilə yadda qalıb.

Medianews.az-ın milli.az-a istinadən verdiyi məlumata görə, aparıcı qonağı Damlaya «Azərbaycanda 1 nömrə müğənni kimdir?» deyə soruşub. Müğənni «Yeni kliplər çəkdirən, tez-tez yeni mahnılar yazdıran bir nömrədir» cavabını verib.

Zaur «Yəni sən?» deyə Damladan soruşub. Müğənni «Mən də o üçlükdə varam. Üçlükdə olmaq özü birinci deməkdir elə» sözləri ilə Zaurun suallarından yaxa qurtarmağa çalışıb.

Lakin aparıcı «Damlanın dediklərindən belə çıxır ki, Azərbaycanda «nömrə 1″ mənəm» sözləri canlı yayımda gərginliyi daha da artırıb.

Belə ki, studiyadakı kişi tamaşaçılardan birinin Zaura «Demədi» söyləməsi aparıcını özündən çıxarıb:

— Nətər demədi?! Səni mən görəndə əsəbləşirəm.

Tamaşaçı: Düz söz deyəndə əsəbləşirsiniz.

— Tamaşaçımsansa, mənim sözümə «hə» de.

Tamaşaçı: Elə şey yoxdur.

— Onda niyə gəlmisən bura? Get evində otur bax.

Aparıcı ilə tamaşaçı arasındakı gərginlik bu dialoqdan sonra səngiyib.