Ankarada kürdyönümlü Xalqların Demokrat Partiyasının (HDP) həmsədri Səlahəddin Demirtaşın işi üzrə məhkəmə prosesi başlayıb.
Virtualaz.org yerli KİV-ə istinadən xatırladır ki, S.Demirtaş 2016-cı ilin noyabrında həbs edilib, ona qarşı terrorizm ittihamı irəli sürülüb. O hazırda Edirnedəki istintaq təcridxanasındadır. HDP-nin mətbuat katibi Ayxan Bilqen bildirib ki, Demirtaşa məhkəmənin videoyazı üzrə iclasında iştirak etmək təklif olunub, ancaq siyasətçi bundan imtina edib.
Kürdyönümlü partiya nümayəndəsinin sözlərinə görə, prokuror Demirtaşın 142 il müddətinə azadlıqdan məhrum olunmasını tələb etməyə hazırlaşır.
Səlahəddin Demirtaş terror qruplaşmasının yaradılmasında, idarə edilməsində və terrorizmin təbliğində ittiham olunur.