“Bavariya” azarkeşləri Çempionlar liqasının qrup mərhələsinin PSJ ilə sonuncu matçında rəqib komandanın futbolçusu Neymara pul atıblar.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, ev sahibi azarkeşlər üzərində Neymarın əksi olan saxta 500 avroları meydançaya ataraq, brazilyalı futbolçuya etirazlarını bildiriblər.

Qeyd edək ki, 25 yaşlı vinger mövsümün əvvəlində rekord məbləğə – 222 milyon avroya “Barselona”dan Fransa klubuna keçmişdi.

 

Neymara avrolu etiraz