Bakıda metronun yaxınlığında özünü binadan atan qızın şəxsiyyəti müəyyənləşib.
Lent.az-ın əldə etdiyi məlumata görə, Hüseyn Cavid prospektində, metronun Elmlər Akademiyası stansiyasının yaxınlığında çoxmərtəbəli binanın 10-cu mərtəbəsindən özünü atan qızın 1993-cü il təvəllüdlü Zeynalova Əda Vidadi qızı olması müəyyən edilib.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Qeyd edək ki, intihar hadisəsi ilə bağlı ilkin məlumatı “Report” yayıb.