Rusiyanın Samara vilayətində güllə yarasından ölmüş Azərbaycan diaspor təşkilatı rəhbəri Şirvan Kərimovun oğlunun meyiti Bakıya gətirilib.
Mərhumun yaxınlarının “Report”a verdiyi məlumata görə, meyit dekabrın 5-də avtomobillə Samaradan Azərbaycana yola salınıb və dekabrın 7-də səhər saatlarında Bakıya çatıb.
Aqşin Kərimovun yas mərasimi Əhmədli qəsəbəsində keçiriləcək. Mərhum Günəşli qəbiristanlığında babasının yanında dəfn olunacaq.
Qeyd edək ki, 15 yaşlı A.Kərimov 9-cu sinifdə oxuyurmuş. O, dekabr ayının 5-də evdə olarkən odlu silahdan özünə atəş açıb, başından güllə yarası alan yeniyetmə hadisə yerində keçinib. Hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyi ehtimal edilir.
https://fastpic.co/images/3f8e54c8-f18e-4112-a56c-dee2d4a7fd99.jpg
https://fastpic.co/images/69b15110-d9ef-4e62-a583-30a64b9712b2.jpg
https://fastpic.co/images/426cb3ec-9011-4704-96aa-e23ce8e404dc.jpg
https://fastpic.co/images/08d58850-aef9-4c23-9410-983991eadae5.jpg