Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda “Qarabağ” səfərdə “Roma” ilə qarşılaşıb.
Musavat.com xəbər verir ki, matçda Azərbaycan çempionunu az da olsa, fanat qrupu dəstəkləyib.
İtaliya paytaxtında komandamızı yalqız buraxmayan azarkeşlər ağdamlılara dəstək olmaq üçün xareoqrafiya da hazırlayıblar.
Belə ki, fanatlar üçrəngli kartonlardan istifadə edərək tribunada Azərbaycan bayrağını əks etdiriblər. Bundan başqa onlar əllərində tutduğu iri ağ kağızlarda “QARABAĞ” yazısını (hər kağızda bir hərf olmaqla) nümayiş etdiriblər.
Azarkeşlər bununla da bütün dünya mediasında müzakirə olan xareoqrafiyanı bir daha yada salıblar.